GƏNCƏ, 16 mart. TELEQRAF
Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində baş verib.
"Ford" markalı avtomobil idarəetməni itirib və "Hundai" markalı maşına çırpılıb.
Nəticədə "Ford" markalı maşında olan Elşən Məlikli və İsgəndər Məlikli müxtəlif bədərəcli bədən xəsarətləri alıblar.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.