GƏNCƏ, 12 mart. TELEQRAF
Gəncədə bu gün səhər saatlarından sahibsiz itlərin toplanmasına başlanılıb.
Gəncə şəhər İcra Hakimiyyəti tabeliyində olan Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən Teleqraf-ın Qərb bürosuna bildirilib ki, şəhərin küçə və parklarında sahibsiz itlərin yığılması adıçıkilən qurumun və IDEA Heyvanlara Qayğı Mərkəzinin əməkdaşları ilə birgə həyata keçirilir.
Bununla bağlı əraziyə xüsusi avtomobil və işçi qüvvəsi cəlb olunub. İtlər Bakıda yerləşən "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinə aparılacaq və orada qısırlaşdırılacaq.
Proses zamanı bir neçə heyvansevərlə sakinlər arasında insident də yaşanıb.
Məlumat üçün bildirək ki, bir müddətdir sahibsiz itlərin sayının nəzarətsiz artması, eləcə də son dövrlərdə it dişləməsi hallarının kəskin çoxalması müşahidə olunur.
Rəsmi statistikaya əsasən son iki Gəncədə ayda 380 nəfər küçə itlərinin hücumuna məruz qalıb.