ASTARA, 11 mart. TELEQRAF

“Astara” Dövlət sərhədində buraxılış məntəqəsi vasitəsilə İrandan vətəndaşların təxliyəsi davam edir.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, növbəti mərhələdə bir azərbaycanlı ailə İrandan təxliyə olunaraq Azərbaycan ərazisinə daxil olub.

Ailə üzvləri sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar.

Ailə üzvləri təxliyə zamanı onlara göstərilən diqqət və qayğının yüksək səviyyədə olduğunu bildirərək, Azərbaycan dövlətinə və prosesdə iştirak edən aidiyyəti qurumlara minnətdarlıqlarını ifadə ediblər.