ASTARA, 6 mart. TELEQRAF

Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam etdirilir.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, az öncə Pakistanın İrandakı səfirliyinin 10 nəfərdən ibarət əməkdaş heyəti təhlükəsiz şəkildə sərhədi keçərək yola salınıb.

Məlumata görə, təxliyə olunan şəxslər səfirliyin yaxınlığında yerləşən bir obyektin bombardmana məruz qalmasından sonra təhlükəsizlik səbəbilə ölkəni tərk etmək və təxliyə olunmaq qərarına gəldiklərini bildiriblər.