GƏNCƏ, 6 mart. TELEQRAF
Gəncədə "Xəmsə Park" ticarət mərkəzində yanğın olub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, ümumi sahəsi 250 kv. m olan köməkçi otağın 10 kv.m-də yanğın baş verib.
Hadisə yerinə 4 yanğınsöndürən maşın və xeyli sayda canlı qüvvə cəlb olunub.
Müdaxilə nəticəsində yanğın söndürülüb.
Faktla bağlı araşdırma başlanıb.