GƏNCƏ, 5 mart. TELEQRAF

Gəncədə fəaliyyət göstərən xarici tikinti şirkətlərindən birinin rəhbəri vəfat edib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Türkiyə vətəndaşı Mustafa Karabelanın Gülüstan yaşayış massivində yaşadığı evdə meyiti tapılıb.

Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. İlkin ehtimala görə, 40 yaşlı iş adamı ürək tutmasından vəfat edib.

Mərhum Gəncə şəhərində avtomobil yollarının asfaltlanması işlərini həyata keçirən "DKT İnşaat Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycandakı filialının rəhbəri olub.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb.