GORANBOY, 5 mart. TELEQRAF

Goranboy Rayon Mərkəzi Xəstəxanasının qəzada xəsarət alanlarla bağlı məlumat yayıb.

Xəstəxanadan Teleqraf-ın Qərb bürosuna bildirilib ki, 5 mart 2026-cı il tarixində saat 08:45 radələrində Goranboy rayonu Xanqərvənd kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (kişi) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədən müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Onlardan birinin vəziyyəti ağır, ikisinin orta ağır, digər iki nəfərinki stabil olaraq qiymətləndirilir.

***

10:10

Goranboy rayonunun Xan Qərvənd kəndində baş verən yol qəzası zamanı xəsarət alanların adları məlum olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, bunlar 1990-cı il təvəllüdlü Mahmud Baxşəliyev, 2003-cü il təvəllüdlü Rəvan Mehdiyev, 2008-il təvəllüdlü İlkeş Rəsulov, 2002-ci təvəllüdlü Nazim Məmmədov və 1955-ci il təvəllüdlü Məhərrəm Kərimovdur.

Onlar Goranboy rayon Mərkəzi xəstəxanasına çatdırılıblar.

***

09:29

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Xan Qərvənd kəndində qeydə alınan hadisə zamanı "Nissan" markalı avtomobil "VAZ 21011" markalı maşınla toqquşub.

İlkin məlumata görə, qəza zamanı 5 nəfər xəstəxanaya çatdırılıb.

Yaralılardan birinin vəziyyəti qismən ağırdır. Digər üç nəfər isə müayinə üçün xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma başlanılıb.