BƏRDƏ, 9 iyul. TELEQRAF

Ağdam- Füzuli avtomobil yolunda baş verən qəza zamanı xəsarət alanlardan Bərdəyə göndərilənlərin vəziyyəti açıqlanıb.

Teleqraf-ın yerli bürosuna Bərdə Diaqnostika Mərkəzinin həkim-cərrahı Hafiz Əliyev məlumat verərək bildirib ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar 09.07.2025 tarixdə saat 09:20 radələrində 3 nəfər, biri kişi cinsli, ikisi qadın olmaqla xəsarət alan şəxs Bərdə Mərkəzi Rayon Xəstəxanasının Təcili Yardım şöbəsinə daxil olub.

Onun sözlərinə görə, bədən xəsarətləri almış xəstələrə zəruri yardım göstərilib, müvafiq şöbələrdə müalicələri davam etdirilir.

Qeyd edək ki, xəsarət almış şəxslərin vəziyyəti orta- ağır qiymətləndirilir.