GƏNCƏ, 12 noyabr. TELEQRAF
Gəncədə qəza baş verib, xəsarət alanlar var.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, "KİA" markalı avtomobillə "TOYOTA" markalı maşın toqquşub. İlkin məlumata görə, hadisə zamanı xəsarət alanlar var.
Qəza yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.