BAKI, 7 oktyabr. TELEQRAF

Azərbaycanda aqrar məhsulların istehsaldan sonra saxlanması, daşınması və dövriyyəyə hazırlanması üzrə infrastrukturun inkişaf etdirilməsi planlaşdırılır.

Teleqraf xəbər verir ki, qanun layihəsində aqroparkların və aqroklasterlərin, ilkin emal, saxlama və logistika infrastrukturunun yaradılmasının təşviqi nəzərdə tutulur.

Bundan başqa, aqrar məhsulların daşınması və saxlanması məqsədilə daşınma və anbar xidmətlərinin yaradılması və təşviqi kənd yerlərinin aqrar inkişafı vasitələrindən biri kimi müəyyən edilir.

Məhsulların çeşidlənməsi, qablaşdırılması və dövriyyəyə hazırlanması üzrə infrastrukturun inkişaf etdirilməsi də layihədə ayrıca istiqamət kimi göstərilir.