BAKI, 7 oktyabr. TELEQRAF

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-sentyabr aylarında proqnozla müqayisədə 5 faiz və ya 279 milyon manat çox olmaqla 6 milyard 370 milyon manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Bildirilib ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 faiz və ya 280 milyon manat artaraq 5 milyard 73 milyon manat olub.

Cari ilin 9 ayında DSMF-nin xərcləri isə 6 milyard 189 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 561 milyon manat çoxdur.