BAKI, 7 oktyabr. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində təlimlər zamanı 14 hərbçinin ölümü ilə bağlı Müdafiə Nazirliyində aparılan araşdırma ilə əlaqədar müdafiə nazirinin müavini Askar Beysenovun vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Tatyana Savelyeva Tokayevin əmri ilə Qazaxıstan müdafiə nazirinin müavini təyin edilib.
Sentyabrın 24-də təlimlər zamanı 17 hərbçi Xəzər dənizinə atılıb, onlardan 14-ü həlak olub. Bundan sonra Tokayev Müdafiə Nazirliyində genişmiqyaslı araşdırma aparılmasını əmr edib. Hadisə ilə əlaqədar 13 cinayət işi açılıb. Müdafiə naziri və Baş Qərargah rəisi də dəyişdirilib. Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı, onun birinci müavini və Müdafiə Nazirliyinin digər dörd əməkdaşı həbs olunub.