BAKI, 7 oktyabr. TELEQRAF
İspaniya millisi Millətlər Liqasında Xorvatiyanı məğlub edərək ardıcıl 10-cu qələbəsini qazanıb.
Teleqraf xəbər verir ki, bu, İspaniya millisinin tarixində Xorvatiya ərazisində qazandığı ilk qələbədir.
Luis de la Fuentenin rəhbərlik etdiyi komanda bununla da qələbə seriyasını 10 oyuna çatdırıb. Bu, İspaniyanın 2010-cu ildən bəri ən uzun qələbə seriyasıdır. Milli komanda 2010-cu ildə ardıcıl 12 matçda qalib gəlmişdi.
İspaniyanın hazırkı qələbə seriyası Dünya Kubokunda Kabo-Verde ilə heç-heçədən sonra başlayıb.
Qeyd edək ki, İspaniyanın səfərdə hələ də iki və daha çox qələbə qazana bilmədiyi komandalar Hollandiya, İsveç, Argentina və Serbiyadır.