BAKI, 7 oktyabr. TELEQRAF
Aqrar sahədə bazarların tənzimlənməsi və məhsul istehsalçılarının maraqlarının qorunması ilə bağlı yeni mexanizmlər nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, qanun layihəsinə əsasən, bazar intervensiyasının həyata keçirilməsi dövlətin aqrar sahədə vəzifələrindən biri olacaq.
Bununla yanaşı, aqrar məhsul istehsalçılarının maraqlarının qorunması, onların aqrar bazarlara çıxışının dəstəklənməsi və məhsulların daxili və beynəlxalq bazarlara inteqrasiyasının təmin edilməsi dövlət tənzimləməsinin əsas məqsədləri sırasına daxil edilir.
Layihədə aqrar məhsulların dövriyyəsinin, o cümlədən ixracının dəstəklənməsi də nəzərdə tutulur.