BAKI, 7 oktyabr. TELEQRAF

Azərbaycanda aqrar sahənin rəqəmsallaşdırılması üzrə tədbirlərin genişləndirilməsi nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, qanun layihəsinə əsasən, rəqəmsallaşma aqrar sahədə dövlətin əsas vəzifələrindən biri kimi müəyyənləşdirilir.

Müasir rəqəmsal həllərin kənd təsərrüfatında tətbiqinin genişləndirilməsi həm dövlət tənzimləməsinin, həm də kənd yerlərinin inkişafının istiqamətlərindən biri olacaq.

Sənəddə aqrar sahədə elektron qeydiyyatın, məlumat və məsləhət xidmətlərinin Sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, kənd təsərrüfatı torpaqlarından istifadədə müasir texnologiyaların, o cümlədən süni intellektin tətbiqinin genişləndirilməsi təklif olunur.