BAKI, 7 oktyabr. TELEQRAF

Azərbaycanda qadınların, gənclərin və həssas sosial qrupların aqrar sahədə iştirakının artırılması nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, qanun layihəsinə əsasən, aqrar sahədə sosial inklüzivliyin təmin edilməsi dövlətin əsas vəzifələrindən biri olacaq.

Sənəddə qadınların, gənclərin və həssas sosial qrupların aqrar fəaliyyətə cəlb olunmasının dəstəklənməsi nəzərdə tutulur. Eyni zamanda, kənd yerlərində dayanıqlı məşğulluğun artırılması və qeyri-formal məşğulluğun qarşısının alınması da dövlət siyasətinin istiqamətləri sırasında müəyyənləşdirilir.

Layihədə kənd yerlərinin inkişafı ilə yanaşı, iqtisadi fəaliyyətin şaxələndirilməsi və kənd əhalisinin məşğulluq imkanlarının genişləndirilməsi də əsas məqsədlərdən biri kimi göstərilir.