BAKI, 7 oktyabr. TELEQRAF
Aqrar sahədə qeyri-formal məşğulluğun qarşısının alınması və dayanıqlı məşğulluğun artırılması dövlətin vəzifələrindən biri kimi müəyyənləşdirilir.
Teleqraf xəbər verir ki, qanun layihəsində aqrar sahədə çalışan şəxslərin məşğulluğunun daha sistemli şəkildə təşkil olunmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Sənədə əsasən, kənd yerlərinin dayanıqlı inkişafı çərçivəsində məşğulluğun artırılması, iqtisadi fəaliyyətin şaxələndirilməsi və kənd yerlərindən miqrasiyanın azaldılması məqsədləri də qarşıya qoyulur.
Bununla yanaşı, aqrar sahədə insan kapitalının inkişafı, peşə bacarıqlarının artırılması və təlim imkanlarının genişləndirilməsi nəzərdə tutulur.