BAKI, 7 oktyabr. TELEQRAF
Azərbaycanda aqrar kooperativlərin yaradılmasının və fəaliyyətinin dəstəklənməsi üçün yeni mexanizmlərin tətbiqi nəzərdə tutulur.
Teleqraf xəbər verir ki bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, dövlət aqrar kooperativlərin yaradılmasını təşviq etməli, onların fəaliyyətini dəstəkləməli və gücləndirməlidir.
Kooperativlər təkbaşına və ya digər aqrar kooperativlər, tədarükçülər, dövlət və bələdiyyə orqanları, fiziki və hüquqi şəxslərlə birlikdə satış yerləri təşkil edə biləcəklər.
Layihədə aqrar kooperativlərin aqrar məhsul bazarlarında satış yerləri əldə etməsi üçün də xüsusi mexanizmin müəyyənləşdirilməsi nəzərdə tutulur.