BAKI, 13 noyabr. TELEQRAF
Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclası keçirilir.
Teleqraf xəbər verir ki, bugünkü birgə iclasın gündəliyinə bir məsələ daxil edilib.
Belə ki, “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) komitələrin birgə iclasında müzakirəyə çıxarılıb.