BAKI, 13 noyabr. TELEQRAF
“Burada obyektiv səbəblər var, Bakı, Sumqayıt və Abşerona olan köç məsələsini biz başa düşürük. Eyni zamanda, valideynlərin istəkləri var, təbii ki, biz bunu idarə edə bilmirik – “mənim uşağım mütləq hansısa sinifdə və məktəbdə oxumalıdır”. Ola bilər qonşu məktəbdə daha az sıxlıq var, amma valideyn uşağını ora göndərmir”.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deputatların məktəblərdəki şagird sıxlığı ilə bağlı sualını cavablandırarkən deyib.
Nazir müavini əlavə edib:
“Bu məsələ müəyyən qədər mübahisəlidir. Amma qeyd etmək istərdim ki, son illərdə Bakı, Abşeron və Sumqayıtda sıxlıqla bağlı həll yollarımız var, yeni məktəblər tikilir”.