BAKI, 13 noyabr. TELEQRAF

"Yerli icra hakimiyyəti orqanlarının tabeliyində kommersiya hüquqi şəxs kimi fəaliyyət göstərən mənzil kommunal təsərrüfatı birliklərinə də büdcə təşkilatı kimi yanaşılıb".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin 3 komitəsinin bu gün keçirilən birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov deyib.

O qeyd edib ki, hər iki variantda maliyyə nəticələri, zərərlər və sair göstəricilər büdcə zərfində əks etdirilməyib: "Bununla yanaşı, Bakı Metropoliteninin növbəti illərdə subsidiya almaması ilə bağlı büdcə zərfində məlumat və arayış da yer almayıb".