BAKI, 13 noyabr. TELEQRAF
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin xərcləri üçün növbəti il ərzində 4,7 milyon manat vəsait sərf olunacaq".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin 3 komitəsinin birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə nazirinin müavini Himalay Məmişov deyib.
"Bu xərclər məişət zorakılığına, insan alverindən, erkən nikaha məruz qalmış şəxslər, sağlamlıq imkanları məhdud olan uşaqlar, onların ailə üzvləri ilə sosial-psixoloji və psixopedaqoji işin təşkili və bu qəbildən olan digər tədbirlərin maliyyə təminatı kimi nəzərdə tutulub", - deyə nazir müavini bildirib.