BAKI, 11 sentyabr. TELEQRAF

“Süni intellekt ali təhsilə - həm tələbələrin gündəlik fəaliyyətinə, həm dərslərə, o cümlədən imtahan proseslərinə ciddi təsir edir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Fariz İsmayılzadə deyib.

O qeyd edib ki, bu hətta imtahan proseslərini bəzən pozur: "Biz düşünməliyik süni intellekt hansı imkanlar açır, hansı risklər yaradır, hansı formada ali təhsil gələcəkdə dəyişə bilər. Bu mövzuda da ictimai dinləmə hazırlamalıyıq. Bunun əsas məqsədi təhsil sektorunun süni intellektə hazırlığı, proseslərə inteqrasiya olmalıdır”.