BAKI, 11 sentyabr. TELEQRAF

Azərbaycanda magistratura müddətinin azaldılması təklif edilir.

Teleqraf xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deyib.

Deputat qeyd edib ki, dünyada təhsil müddəti azaldılır, bakalavr 3 ilə, magistratura isə bir ilə keçir: “Gürcüstan da bu prosesə gedir. Hesab edirəm ki, ən azı biz magistratura səviyyəsində bunu edə bilərik. Hər il görürük ki, magistraturaya da boş yer qalır. Bu, müddətlə bağlı ola bilər”.