BAKI, 11 sentyabr. TELEQRAF

"Dərsliklərdə problemlər var və heç də az deyil".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri Anar İsgəndərov deyib.

"Biz bununla bağlı Elm və Təhsil Nazirliyi ilə də mütəmadi olaraq müzakirələr aparırıq. Yəqin ki, bununla bağlı bizim müəyyən toplantılarımız və müzakirələrimiz olacaq. Sentyabr konfransında elm və təhsil naziri Emin Əmrullayev şəxsən mənə dedi ki, payız sessiyasında dərsliklərlə bağlı iclas olsa, tapşırıqlarımı verəcəm"- deyə, o əlavə edib.