BAKI, 28 noyabr. TELEQRAF

TDT-nin şkilata üzv dövlətlərin media sahəsində tədbirlər planı təsdiqlənib.

Teleqraf xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, forumda TDT-yə üzv ölkələrdə informasiya mühitinin formalaşdırılması və regional səviyyədə tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

“TDT-yə üzv dövlətlər arasında media əməkdaşlığı mövcuddur. Bu əməkdaşlıq getdikcə genişlənir. Gələn il isə növbəti görüşün Astanada keçirilməsi planlaşdırılır. Bu barədə əlavə məlumat yaxın zamanda açıqlanacaq”, - o əlavə edib.