ŞUŞA, 13 iyul. TELEQRAF
“Azərbaycanda 7 milyon "TikTok" istifadəçisi var. Bu rəqəm platformanın ölkədə nə dərəcədə populyar olduğunu göstərir”.
Teleqraf.com-un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "TikTok"un Şərqi Avropa üzrə ictimai siyasət və dövlət qurumları ilə əlaqələr direktoru Diana Ryan IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən panel sessiyasında deyib.
“Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər” mövzusuna həsr olunan sessiyada çıxış edən direktor platformadakı təmizləmə statistikasına da toxunub.
O bildirib ki, Azərbaycanda bu ilin birinci yarısında 600 mindən çox videoçarx şirkətin ekspertləri tərəfindən "TikTok"dan uzaqlaşdırılıb:
"Ötən il isə ümumilikdə 3,6 milyon video müəyyən qayda pozuntularına görə platformadan silinib", - Diana Ryan vurğulayıb.