BAKI, 9 sentyabr. TELEQRAF
Ukrayna Hərbi Hava Qüvvələrinin Rusiyanın Krasnodar vilayətinin Novorossiysk şəhərində dron hücumundan sonra mazut terminalında yanğın baş verib.
Teleqraf xəbər verir ki, bu barədə ASTRA məlumat yayıb.
Bildirilib ki, bu müəssisə Novorossiysk nəqliyyat qovşağının aparıcı obyektlərindən biridir və yük dövriyyəsinə görə Rusiyanın ən böyük dəniz limanı olan Novorossiysk Dəniz Ticarət Limanına daxildir.
Terminal mazut və açıq rəngli neft məhsullarının saxlanması və yüklənməsi ilə məşğuldur, illik gücü təxminən 4 milyon ton təşkil edir.