BAKI, 9 sentyabr. TELEQRAF
İtaliyanın “Napoli” klubunun və Şotlandiya millisinin futbolçusu Skott MakTominay əməliyyat olunub.
Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna 29 yaşlı oyunçuda yüngül və xoşxassəli aritmiya (ürək problemi) səbəb
Bundan sonra yarımmüdafiəçi planlaşdırılmış prosedur üçün Mançesterə gedib və əməliyyat uğurla başa çatıb. Klub qeyd edib ki, futbolçu iki həftə istirahət etdikdən sonra məşqlərə başlayacaq.
Bu səbəbdən MakTominayın “Napoli”nin yaxın oyunlarında iştirakı gözlənilmir. O, Çempionlar Liqasında “Arsenal”a qarşı keçiriləcək matçı da buraxacaq.
Qeyd edək ki, “Napoli” Çempionlar Liqasının VII turu çərçivəsində yanvarın 20-də Bakıda “Sabah”la qarşılaşacaq.