Fərdi məlumatların qorunması üzrə 2019-cu ildən bəri "LinkedIn" platforması birinci yerdədir.
Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "LinkedIn" şirkətinin ictimai sektor, səhiyyə sahəsi və qeyri-kommersiya satışı üzrə rəhbəri Seamus Klansi IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər” mövzusunda panel sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, istifadəçilərin kim olduğunu bilirlər və istifadəçilərin fərdi məlumatlarını qorumaq üçün bir kollektiv fəaliyyət göstərir.
"Rəqəmsal savad olduqca vacibdir. Buna görə rəqəmsal təhsil çox vacibdir. Fərdi və təşkilati inkişaf üçün bir sıra insanlar "LinkedIn" istifadə edirlər", - o vurğulayıb.