BAKI, 14 oktyabr. TELEQRAF

Roma Papası XIV Leonun ağciyərində bədxassəli şiş aşkarlandığı və cərrahi əməliyyatla çıxarıldığı bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə əməliyyatı edən həkimlər Stefano Marqaritora və Luici Karbonenin birgə açıqlamasına istinadən məlumat yayıb.

Həkimlərin açıqlamasına əsasən, əməliyyat zamanı aparılan təcili histoloji müayinə ağciyərdə adenokarsinoma – bədxassəli şiş diaqnozunu təsdiqləyib.

“Təcili histoloji müayinə əməliyyatöncəsi analizlərin nəticələrinə əsasən ehtimal edilən ağciyər adenokarsinoması diaqnozunu təsdiqləyib”, – açıqlamada bildirilib.

Məlumata görə, 71 yaşlı Roma Papasının sağ ağciyərinin aşağı payı videoassistentli cərrahi üsulla çıxarılıb.

Əməliyyat təxminən üç saat davam edib.

Pontifikin əməliyyatdan sonrakı vəziyyəti barədə əlavə məlumat verilməyib.