BAKI, 28 sentyabr. TELEQRAF

Xalq artisti Rasim Balayevin II Fəxri xiyabandakı qəbirüstü abidəsi mart ayında təqdim ediləcək.

Bu barədə Teleqraf-a açıqlamasında Xalq artistinin oğlu Ülvi Balayev məlumat verib.

O qeyd edib ki, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir: “Hazırda abidənin hazırlanması istiqamətində işlər davam etdirilir. Abidə büst formatında hazırlanacaq. İşlərin mart ayına qədər yekunlaşdırılması nəzərdə tutulur”.

Qeyd edək ki, Xalq artisti Rasim Balayev bu ilin martında vəfat edib. O, II Fəxri xiyabanda dəfn olunub.