BAKI, 9 sentyabr. TELEQRAF
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi 9 sentyabr saat 14:30-da Rus Dram Teatrında keçiriləcək.
Bu barədə Teleqraf-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Dəfn mərasimi isə İkinci Fəxri Xiyabanda baş tutacaq.
***
10:08
Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski ilə vida mərasimi Azərbaycan Dövlət Rus Dram Teatrında keçiriləcək.
Bu barədə Teleqraf-a Azərbaycan Dövlət Rus Dram Teatrının mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Xalq artisti bu gün səhər saatlarında Mərkəzi Klinikanın reanimasiya şöbəsində vəfat edib. Onun 78 yaşı var.