BAKI, 2 avqust. TELEQRAF
"Xalqımız böyük itki ilə üzləşib. Bizi sevən və bizim sevdiyimiz insanı itirmişik".
Bunu Teleqraf-a açıqlamasında Xəzər Televiziyasının rəhbəri Murad Dadaşov Xalq şairi Nəriman Həsənzadə haqqında danışarkən deyib.
"Mən inanmıram ki, Nəriman Həsənzadənin kiminləsə şəxsi konflikti ola. O, böyük bir insan idi. Nəriman Həsənzadənin ürəyi hamımızınkından böyük idi. Allah rəhmət eləsin", - deyə M.Dadaşov əlavə edib.