BAKI, 2 avqust. TELEQRAF
"Atam mənim dünyam idi. Anam 1986-cı ildə vəfat etdikdən sonra o, bizə görə bir daha evlənmədi, ailə qurmadı. Həyatını övladlarına həsr etdi".
Teleqraf xəbər verir ki, bunu Xalq şairi Nəriman Həsənzadənin oğlu Nazim Həsənzadə atasının Beynəlxalq Muğam Mərkəzində keçirilən vida mərasimində deyib.
"Diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Xoş sözlərinə və göstərdikləri diqqətə görə səmimi təşəkkürümü çatdırıram",- deyə N.Həsənzadə deyib.