BAKI, 2 avqust. TELEQRAF
"Nəriman Həsənzadə taleyi olan insan idi".
Teleqraf xəbər verir ki, bunu mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxalq Muğam Mərkəzində keçirilən vida mərasimində deyib.
"O, dövlətə və xalqa ömrünün sonunadək eyni mövqedən xidmət etdi. Şair olaraq həyatı da örnək idi. Bu insan nə qədər nəzakətli, romantik və həyatsevər idisə, şeirləri də elə idi. O, 50-ci illər nəslinin bu günə qədər gəlib çatan sonuncu nümayəndəsi idi. Hər dəfə görüşəndə sevgi dolu, səmimi münasibəti ilə yadda qalırdı. O bir epoxa idi. Nəriman Həsənzadəni işıqlı, nurlu, mədəni insan kimi hər zaman xatırlayacağıq. Onun böyüklüyü poeziyasına da hopub və o poeziya həmişə yaşayacaq",- deyə O.Fikrətoğlu əlavə edib.