BAKI, 31 iyul. TELEQRAF
Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov özəl xəstəxanaların birində açıq ürək əməliyyatı keçirib.
Bu barədə Teleqraf-a xanəndənin oğlu Hüseyn Məlikov məlumat verib.
Onun sözlərinə görə, atasının səhhəti normaldır.
Qeyd edək ki, Aqil Məlikov iyunun 28-dən xəstəxanaya yerləşdirilib. Onun 74 yaşı var.