BAKI, 20 iyul. TELEQRAF

Əməkdar incəsənət xadimi Elçin Musaoğlu Türkiyədə mükafata layiq görülüb.

Teleqraf xəbər verir ki, Elçin Musaoğlu rejissoru olduğu "Nazife" filminə görə TRT-nin təşkil etdiyi 12 Punto Ssenari İnkişaf və Birgə İstehsal Platforması çərçivəsində Türk Beynəlxalq Yayım Mükafatına layiq görülüb.

Film ana və övladlarının həyatından bəhs edən ailə hekayəsidir.

Qeyd edək ki, filmin ssenari müəllifləri Elçin Musaoğlu və Suat Köçərdir. Filmin prodüseriliyi də Suat Köçərə həvalə edilib.