BAKI, 30 iyun. TELEQRAF

"Birinci Türkoloji Qurultayı türk dünyası üçün xüsusi əhəmiyyətə malik elmi tədbirdir".

Teleqraf xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində keçirilən "Türk dünyası və beynəlxalq elmi əməkdaşlıq" panelində çıxışı zamanı deyib.

O bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Birinci Türkoloji Qurultayın 100 illiyi dövlət səviyyəsində qeyd olunur:

"Yubiley ili çərçivəsində silsilə tədbirlər keçirilir, Qurultayın zəngin elmi və mənəvi irsi xüsusi ehtiramla yaşadılır. Dünyanın müxtəlif ölkələrində yaşayan türk xalqlarını bir araya gətirən Birinci Türkoloji Qurultay milli həmrəyliyin, ortaq tarix və mədəniyyətin rəmzi kimi bundan sonra da yaşadılacaq. Bu tədbirdə aparılan elmi müzakirələr türkologiya elminin inkişafına mühüm töhfə verəcək".