BAKI, 15 iyun. TELEQRAF

"Azərbaycan xalqı hər il 15 İyun tarixini dərin ehtiram və minnətdarlıq hissi ilə qeyd edir".

Bunu Teleqraf-a açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitutunun sabiq Bakı nümayəndəsi Səlçuk Karakılıç deyib.

"15 İyun-Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, müasir Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edirik. Dost və qardaş Azərbaycan Respublikasına davamlı inkişaf, rifah və yeni uğurlar arzulayırıq. Milli Qurtuluş Gününüz mübarək!", - deyə S.Karakılıç əlavə edib.