BAKI, 5 iyun. TELEQRAF

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əşrəf Veysəlli bu gün əməliyyat zamanı vəfat edib.

Teleqraf xəbər verir ki, şair müalicə olunduğu “Sumqayıt Hospital”da dünyasını dəyişib.

Əşrəf Veysəlli bu gün səhər saatlarında təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Ona infarkt diaqnozu qoyulub, daha sonra anju (koronar angiografiya) edilib və ürəyinə stent yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

1938-ci il martın 6-da Füzuli rayonunun Yuxarı Veysəlli kəndində anadan olmuş Əşrəf Veysəlli Əməkdar mədəniyyət işçisi, “Tərəqqi” medalı laureatı idi.

Sumqayıtda ədəbi mühitin formalaşmasında mühüm xidmətləri olub.