BAKI, 17 may. TELEQRAF

Avstriyanın paytaxtı Vyanada keçirilən “Avroviziya-2026” mahnı müsabiqəsinin qalibi Bolqarıstan olub.

Teleqraf xəbər verir ki, ölkəyə qələbəni DARA ifa etdiyi “Bangaranga” mahnısı ilə qazandırıb.

Bolqarıstan yekun səsvermədə 516 xal toplayaraq birinci yeri tutub. İsrail 343 xalla ikinci, Rumıniya isə 296 xalla üçüncü olub.

Məlumata görə, bu, Bolqarıstanın “Avroviziya” tarixində ilk qələbəsidir.

Böyük Britaniya isə cəmi 1 xal toplayaraq sonuncu yerdə qərarlaşıb.