BAKI, 14 may. TELEQRAF
Xəstəxanaya yerləşdirilən Əməkdar incəsənət xadimi, şair Yusif Həsənbəyin səhhəti ağır olaraq qalır.
Bu barədə Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Rauf Aslanov məlumat verib.
Onun sözlərinə görə, şair ötən gün “Məlhəm Hospital”dan Bakı Sağlamlıq Mərkəzinə köçürülüb.
“Səhhəti ağır olaraq qalır. Boğazındakı şiş metastaz verib”,- deyə Rauf Aslanov bildirib.
O əlavə edib ki, şairin yeganə oğlu xaricdə yaşayır: “Yazıçı Anar Rzayevin tapşırığı ilə Səhiyyə Nazirliyinə müraciət etdik. Sağ olsunlar, dəstək oldular. Şairin müalicəsi dövlət nəzarətindədir. "Məlhəm Hospital"ına olan 1450 manat borc da ödənilib".
Qeyd edək ki, Yusif Həsənbəyin 93 yaşı var.