BAKI, 9 aprel. TELEQRAF

İstanbul Baş Prokurorluğunun narkomaniyaya qarşı apardığı istintaqı çərçivəsində 14 məşhur şəxs saxlanılıb.

Teleqraf xəbər verir ki, əməliyyat nəticəsində 14 şübhəlidən 11-i saxlanılıb, iki şübhəlinin qaçdığı, birinin isə xaricdə olduğu müəyyən edilib.

Barələrində saxlanılma qərarı verilən şəxslər Hafsanur Sancaktutan, Emir Can İğrek, Somer Sivrioğlu, Serra Pirinç, Ogün Alibaş, Utku Ünsal, Sinem Özenç Ünsal, Elif Büşra Pekin, Ahsen Eroğlu, Burak Deniz, Mert Demir, Emre (FEL) Öztürk, Ender Eroğlu, Enes Gülerdir.