BAKI, 30 mart. TELEQRAF

"Azərbaycan kinosu yaşadıqca Rasim Balayev də yaşayacaq".

Teleqraf xəbər verir ki, bunu Xalq artisti Rasim Balayevlə vida mərasimində Xalq yazıçısı Anar Rzayev deyib.

"Rasim Balayev mənim beş filmimdə çəkilib. "Babək", "Nəsimi", "Dədə Qorqud"da onu öldürdük. Amma o ölərək böyük simaları yaşadardı. Bu gün Rasim özü də dünyasın dəyişdi. Amma onun sənəti, dostluqda etibarı həmişə bizimlə olacaq. Allah rəhmət etsin",- deyə A. Rzayev əlavə edib.