"Rasim Balayevin vəfatı Azərbaycan xalqı və mədəniyyəti üçün ağır itkidir".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevlə vida mərasimində Xalq artisti Nurəddin Mehdixanlı deyib.

"Rasim Balayev öz istedadı və zəhməti ilə sənətin zirvəsinə qalxmış və xalqımız tərəfindən yüksək qiymətləndirilmiş bir aktyor idi. Çox təəssüf ki, Rasim Balayev kimi sənətkarı itirdik.

Düşünürəm ki, biz sənət adamlarına yaşa dolduqca daha çox dəyər verilməlidir. Onun xəstə olduğunu bilə- bilə sağdan-soldan üzərinə gedənlərin indi vicdanları nə deyir?! Gəncliyini sənətinə, xalqına həsr etmiş insanları qorumalıyıq",-deyə N.Mehdixanlı əlavə edib.