BAKI, 27 mart. TELEQRAF

“Oskar” kino mükafatının təqdimetmə mərasimi 2029-cu ildən yeni məkanda keçiriləcək.

Teleqraf xəbər verir ki, tədbir hazırda Dolby Theatreda təşkil olunsa da, gələcəkdə Los-Anceles şəhərinin mərkəzində yerləşən Peacock Theatrea köçürüləcək.

Bu barədə "Variety" jurnalı məlumat yayıb.

Bildirilir ki, Academy of Motion Picture Arts and Sciences ilə hazırkı məkan arasında müqavilə 2028-ci ildə başa çatacaq. Bundan sonra təşkilat AEG şirkəti ilə əməkdaşlığa başlayıb.

Şirkət “Peacock Theatre”in modernləşdirilməsi və mərasim üçün xüsusi dizaynın hazırlanması ilə məşğul olacaq.