BAKI, 17 mart. TELEQRAF
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Azərbaycan Rəssamıq Akademiyası, Rəssamlar İttifqı, Bahçeşehir Universitetinin dəstəyi ilə İstanbulda Azərbaycan qadın rəssamlarının "Rənglərin zərifliyi" ("Renklerin zarafeti") adlı sərgisi keçiriləcək.
Bu barədə Teleqraf-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Bahçeşehir Universitetinin Konqres Merkezində açılan sərgidə müasir Azərbaycan qadın rəssamları Böyükxanım Zeynalova, İrina Eldarova, Aytən Rzaquliyeva, Elena Allahverdiyeva, Leyla İsayeva, Milena Nəbiyeva, Safura Abdullayeva, Aydan Nəbizadə, Sayalı Məmmədova - Qarayeva, Aynurə Mahmudova, İnna Kostina, Veronika Şəmsiyeva, Nadejda İbrahimova, Nigar Məmmədova, Raidə Mustafayeva, Ülviyyə Həmzəyeva, Nailə Əhmədova, Cəmilə Həşimova, Elnarə Misirli, Məhsəti İbrahimova, Esmira Heydərova, Kamilla Eldarova, Fəqanə Əliyeva, Lalə Abdullayeva, Leyla Əzimbəyova, Səbinə Tutayuk və Aygün Mustafayevanın əsərləri yer alır.
Azərbaycan rəssamlıq sənəti çox qədim və zəngin bir tarixə malikdir. Bu sənət əsrlər boyu xalqımızın həyat tərzini, dünyagörüşünü və estetik zövqünü əks etdirərək formalaşmış və inkişaf etmişdir. Azərbaycan qadınlarının əsərlərində həm qədim mədəniyyətimizin izləri, həm də müasir dünyanın estetik axtarışlarını görmək mümkündür. Nümayiş etdiriləcək əsərlərdə Vətən, Azərbaycan mədəniyyəti, təbiət, qadın gözəlliyi, sevgi və s. mövzularda əsərlər daxildir.
Qeyd edək ki, Azərbaycan qadın rəssamlarının sərgisi Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi Gözəl Sənətlər Baş İdarəsi, İzmir Azerbaycan Dərnəyi, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəkləri ilə birgə İzmir və Antalyada sərgilənəcək, sonda isə “Kültür yolu” Festivalı çərçivəsində Ankarada Rəsm və Heykəllər Muzeyində nümayişi nəzərdə tutulur.