BAKI, 14 fevral. TELEQRAF
Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsinə təyinat olub.
Teleqraf xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Ədalət Qasım oğlu Hacıyev Gəncə teatrının direktoru təyin olunub.
Ədalət Hacıyev son təyinatadək Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına rəhbərlik edib.