BAKI, 20 noyabr. TELEQRAF

Xalq şairi Nəriman Həsənzadə böyrəyində yaranmış problemlə bağlı Mərkəzi Klinik Xəstəxanasına müraciət edib.

Bu haqda Teleqraf-a xəstəxananın baş həkimi Kamran Musayev məlumat verib.

O qeyd edib ki, şairin səhhətində başqa problemlər də var:

"Əsas problem böyrəklə bağlıdır. Yaşla əlaqəli başqa problemlər də mövcuddur. Hazırda müalicəsi xəstəxanada davam edir. Reanimasiya şöbəsindən çıxarılıb. Evə nə zaman buraxılacağı isə hələ məlum deyil", - deyə K.Musayev əlavə edib.